Rusların Ermənistana turist kimi səfərlərində azalma baş verib.
Viral.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin altı ayı ərzində ruslar turist kimi xaricə 4,9 milyon səfər edib ki, bu da bir il əvvəlkindən (4,1 milyon səfər) 20% çoxdur. Rusiyalıların turizm məqsədilə ən çox getdikləri ölkələr arasında Türkiyə, BƏƏ, Misir, Tailand və Çin var.
Son Yazılar:
- Azərbaycan Güləş Federasiyası Qazax şəhərində seminar KEÇİRDİ
- Bakıda 2-ci sinif şagirdi vəfat etdi – FOTO
- Britaniyanın Rusiyadakı səfirinə etiraz notası VERİLDİ
İlk onluqda Ermənistan, Azərbaycan, Özbəkistan və Gürcüstan da yer alıb.
Rusların ən çox səfər etdiyi ölkə Türkiyədir – 6 ay ərzində 2,5 milyon səfər. Bu, ötən illə müqayisədə 9,4% çoxdur.
Ermənistana isə ötən ilin ilk 6 ayında 545,7 min səfər olmuşdusa, bu il 17 faiz azalaraq, 452,8 minə düşüb. Əvəzində rusların Azərbaycana səfəri 26% artaraq 340 minə qalxıb.