“Qarabağ”ın rəqibi Bakıya GƏLİR

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Ludoqorets”in Bakı proqramı bəlli olub.

Viral.az xəbər verir ki, Razqrad komandası bu gün çarter reysi ilə səfərə yollanacaq.

“Ludoqorets”i Bakıya gətirəcək təyyarə Bakı vaxtı ilə 10:30-da yola düşəcək. Komanda saat 20:00-da oyunöncəsi son məşqinə çıxacaq. Bundan yarım saat əvvəl baş məşqçi Georgi Dermendjiyevin mətbuat konfransı təşkil olunacaq. Sabahkı qarşılaşmadan dərhal sonra isə bolqarlar vətənlərinə qayıdacaqlar.

Son Yazılar:

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ludoqorets” oyunu saat 20:00-da başlayacaq