Emin Ağalarov kimdir? – Ən xarizmatik müğənni və milyarder
Viral.az xəbər verir ki, lent.az Bioqrafiya” rubrikasında bəstəkar, müğənni, iş adamı, Xalq artisti Emin Ağalarov barəsində məlumat verir.
– Emin Ağalarov harada və nə zaman anadan olub?
Son Yazılar:
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toyu günü 6 saat liftdə qaldı
- “Kilolu olanda mənə “inək” yazanlar indi…”
Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayıb.
– Emin Ağalarov harada təhsil alıb?
Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və “Maliyyə sahəsində biznes-menecment” diplomu var.
– Biznes fəaliyyətinə nə zaman başlayıb?
Müğənninin dediyinə görə, o, 15 yaşında elektronika mağazasında satıcı kimi işə başlayıb. Daha sonra o, Nyu-Cersidə ayaqqabı mağazası açıb, saatlar, yuva kuklaları və digər Rusiya istehsalı malların satıldığı internet saytı yaradıb. İlk pullarını atasının yardımı olmadan qazanmağa çalışıb.
2011-ci ildə “İlin İş Adamları” namizədləri arasından birinci yerə çıxmış Emin Ağalarov uzun müddət Rusiyada bizneslə məşğul olub.
2016-cı ilin iyulunda Ağalarov Qriqori Leps və Sergey Kojevnikovla birlikdə Bakıda ilk dəfə keçirilən “İsti” (Jara) festivalının əsasını qoyub. Hər il keçirilən tədbirdə Rusiya və MDB ölkələrindən məşhur sənətçilər iştirak edirlər.
2019-cu ilin iyul ayında Ağalarov “OK” jurnalını satın alıb.
2019-cu ildən “Zhara” brendi altında enerji içkiləri istehsal edən şirkət qurub. 2023-cü ilin may ayında Emin Ağalarov “Crocus Group”u tərk edib – onun sözlərinə görə, çoxlu sayda paralel layihələri olduğuna görə zaman tapa bilməyib. “Biz atamla danışdıq və birgə qərar verdik ki, mənim vəzifələrim şirkətin aparıcı top-menecerləri arasında bölüşdürüləcək” deyə o qeyd edib.
Emin Ağalarov atasının şirkətindən ayrıldıqdan sonra əsas diqqətini “Estate Mall” ticarət və xidmət kompleksi, Boxcity pop-up market, Bakı yaxınlığındakı “Sea Breeze Resort & Residences”, habelə restoranlar, fitnes klublar şəbəkəsindən ibarət “Ağalarov Development” şirkətinin inkişafına yönəldib. Hazırda Azərbaycanda “SEA BREEZE” adlı çox böyük kurortun yaradılması layihəsi üzərində işləyir.
– Emin Ağalarov nə zaman Xalq artisti adı alıb?
2018-ci ildə Azərbaycan prezidenti tərəfindən bu ada layiq görülüb. Eyni ildə Adıgey respublikasının rəhbəri də ona Xalq artisti fəxri adını verib.
– Emin Ağalarov nə zamandan musiqi fəaliyyətinə başlayıb?
Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsusən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk “Still” adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə “İncredible” adlı albomunu çıxardıb.
Emin 2010-cu ildə artıq Avropaya öz musiqisini tanıtmaq qərarına gəlir və “Wonder” albomunu Britaniyada satışa çıxarır, Obvious mahnısını This Morning adlı verilişdə ifa edir. Əksər mahnılarının müəllifidir. Avropada, Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verib.
– Emin Ağalarovun valideynləri kimlərdir, milliyətçə kimdir?
Genlərində rus və Azərbaycan qanı daşıyır.
Atası azərbaycanlı Araz İsgəndər oğlu Ağalarov, sahibkar və “Crocus Group” holdinqinin sahibidir. O, dəfələrlə Forbes tərəfindən Rusiyanın 200 ən varlı adamı siyahısına daxil edilib.
Anası sahibkar İrina İosifovna Ağalarovadır. Onun atası Joseph Evgenievich Grill Crocus Group-un həmtəsisçisi idi. O, musiqiyə həvəs göstərirdi və nadir disklər toplusu toplayırdı. Eminə musiqi sevgisi aşılayan babası olub.
Müğənninin uşaqlıqdan ABŞ-da yaşayan və hazırda anası ilə bizneslə məşğul olan Şeyla Ağalarova adlı kiçik bacısı var.
– DREAM FEST festivalını da Emin Ağalarov təşkil edib?
Bəli. O, iyulun 24-dən 28-dək, Bakının Sea Breeze Resort istirahət mərkəzinin sahilində yayın əsas hadisəsi yeni Beynəlxalq musiqi festivalı DREAM FEST 2024-ü təşkil etdi.
DREAM FEST, Xəzərin sahilində keçirilən əfsanəvi musiqi tədbirinin ab-havasını saxlamaqla yanaşı ifaçı ölkələrin coğrafiyasını qlobal miqyasda genişləndirəcək. Festivalda Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropadan ifaçılar səhnə alıb. Tamaşaçılar Xəzər dənizinin sahilində açıq havada beş günlük möhtəşəm şou və 250 sənətkarın bir birindən parlaq ifalarını seyr etdilər.