“Paris-2024”: İdmançımız finalda

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

 

Viral.az xəbər verir ki, 58 kiloqramda mübarizə aparan idmançı finala vəsiqə uğrunda qarşılaşmada italiyalı Vito Akvilanı sınağa çəkib.

Son Yazılar:

 

Rəqibini 2:0 (9:4, 11:1) hesabı ilə məğlub edən taekvondoçumuz finala yüksəlib.

 

Onun həlledici görüşdəki rəqibi Cənubi koreyalı Tijon Park olacaq.

***

18:19

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.

 

Viral.az xəbər verir ki, 58 kiloqramda çıxış edən idmançı 1/4 finalda ispaniyalı Adrian Visente Yunta ilə qarşılaşıb. Rəqibinə 2:0 (11:5, 13:11) hesabı ilə qalib gələn taekvondoçumuz yarımfinala vəsiqə əldə edib.

 

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.