Yunanıstan sahillərində ZƏLZƏLƏ 

Yunanıstanın Krit adası sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

 

Viral.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Son Yazılar:

 

Yeraltı təkanların episentri 137 min sakinin yaşadığı Heraklion şəhərindən 64 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 

Zəlzələ bütün adada, o cümlədən Kritin inzibati mərkəzində – Heraklion şəhərində hiss olunub.

 

Yunanıstan Avropanın seysmik cəhətdən ən aktiv ölkələrindən biridir. Qitədə baş verən bütün təkanların, demək olar, yarısı burada qeydə alınır.