Ruslar Ukraynanın 3 generalını “İsgəndər”lə öldürüb?

Rusiya hərbçiləri “İsgəndər” əməliyyat-taktiki kompleksindən Ukraynanın Xarkov vilayətinin Malinovka kəndində yerləşən hava hücumundan müdafiə və müdafiə komandanlıq məntəqəsinə raket zərbələri endirib, nəticədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin üç müavini həlak olub.

Viral.az xəbər verir ki, bu barədə “İznanka” Telegram kanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, iki raketlə hücum avqustun 6-dan 7-nə keçən gecə həyata keçirilib, nəticədə 20 hərbçi həlak olub, daha 14-ü yaralanıb.

Son Yazılar:

“Zərbə zamanı Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyindən aşağıdakı şəxslər orada olublar: Drapatı, Qnatov və Qorbatyuk”, – məlumatda qeyd edilir.

Sadalanan generallar Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəis müavinləridir. Qeyd edilib ki, Ukrayna Milli Qvardiyasının komandiri Aleksandr Pivnenko da həlak olub. İddiaya görə, həlak olan generallar Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu planını hazırlayan şəxslərdir.

Bu məlumatı nə Ukrayna, nə də Rusiya Müdafiə Nazirliyi rəsmən təsdiqləməyib.

(redaktor.az)