ABŞ hazırkı Amerika lideri Co Baydenin rəhbərliyi altında Rusiya və Çinin qarşısında hörmətini itirib.
Viral.az RSBN-ə istinadla xəbər verir ki, bu fikirləri Ağ Evin keçmiş rəhbəri, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.
ABŞ-nin Florida ştatındakı Mar-a-Laqodakı malikanəsində keçirdiyi mətbuat konfransında o, “Rusiya artıq bizə hörmət etmir. Çin artıq bizə hörmət etmir” deyib.
Son Yazılar:
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
- Futbolçularımızdan tələb edirəm ki… – Qurban Qurbanov
- “Qarabağ” çoxlu təhlükəli vəziyyət yaratdı
Tramp həmçinin hesab edir ki, ABŞ Prezidenti Bayden yox, o olsaydı, Ukrayna münaqişəsinin qarşısını almaq olardı.
Bundan əlavə, respublikaçı namizəd Çin sədri Si Cinpinlə yaxşı münasibətdə olduğunu qeyd edib. “Si Cinpinlə çox yaxşı münasibətim var idi, onu COVID-19 pozdu. Amma inanıram ki, yenidən gözəl münasibətimiz olacaq. Bu, qarşılıqlı faydalı əlaqələr olacaq”, – Tramp deyib.
(redaktor.az)