İranın dəstəklədiyi şiə qruplaşması bazar ertəsi ABŞ əsgərlərinin yerləşdiyi İraqdakı Ayn əl-Əsəd aviabazasına üç raket atıb və bir raketi ələ keçirib.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“İranın dəstəklədiyi şiə qruplaşması tərəfindən atılan iki raket İraqdakı Ayn əl-Əsəd aviabazasına düşüb. Üçüncü raket isə bazaya çatmamış ələ keçirilib”, – o deyib.
Son Yazılar:
- Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
- Futbolçularımızdan tələb edirəm ki… – Qurban Qurbanov
Sinqin sözlərinə görə, əsasən Yaxın Şərq və Şimali Afrikada əməliyyat məsuliyyəti daşıyan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hücumu araşdırır:
“Biz bunun bir daha təkrarlanmadığından əmin olmaq istəyirik və buna görə də CENTCOM bölgədəki qüvvələrimizi qorumaq üçün lazımi tədbirləri görəcək”.
Pentaqon rəsmisi hücum zamanı beş hərbçinin yaralandığını açıqlayıb. “Hücumdan sonra müəyyən etdik ki, əslində dörd hərbçi və bir podratçı yaralanıb. Digər iki nəfər isə yüngül xəsarətlər alıb və dərhal xidmətə qayıdıb”, – deyə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
(redaktor.az)