Gürcüstan prezidenti ölkə hakimiyyətini xəyanətdə ittiham etdi

Birləşmiş Ştatlar Gürcüstan hökumətinin hərəkətləri, o cümlədən “xarici agentlər haqqında” qanunun qəbulu səbəbindən Riçard Luqar İctimai Səhiyyə Araşdırma Mərkəzinə maliyyə dəstəyini dayandırmaq qərarına gəlib.

Viral.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili özünün feysbuk səhifəsində yazıb.

Onun fikrincə, Vaşinqton COVID-19 pandemiyası da daxil olmaqla, peyvəndlər verməklə Tiflisə dəfələrlə kömək edib.

Son Yazılar:

“Ölkənin demoqrafik göstəricisi fəlakətli səviyyəyə düşdüyü, yüz minlərlə insanın ölkəni tərk etdiyi bir vaxtda Amerika ilə belə mühüm əlaqələri kəsmək birbaşa xəyanətdir”, – Zurabişvili bildirib.

Xatırladaq ki, Birləşmiş Ştatlar Gürcüstana maliyyə yardımını iyulun sonunda ölkə parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar kəsib. Vaşinqtonun ardınca Avropa İttifaqında da oxşar qərar qəbul edilib. Gürcüstan mediasına görə, maliyyənin kəsilməsi xüsusilə 2011-ci ildə ABŞ-nin dəstəyi ilə tikilmiş Luqar mərkəzinə təsir edəcək.

(redaktor.az)