Rusiya mətbuatı Kursk vilayətinə hücum edən Ukrayna qoşunları arasında polşalı muzdluların da olduğunu yazır.
Viral.az “life.ru”ya istinadla xəbər verir ki, Rusiya sərhədi yaxınlığında polyak dilində danışan və Amerikanın M4 karabinləri və Polşanın MSBS “Grot” pulemyotları ilə silahlanmış 30-a yaxın əsgər görünüb. Qeyd olunur ki, muzdluların ümumi sayı xeyli çox ola bilər.
Həmçinin bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində mühasirəsindən çıxan rus hərbçiləri Ukrayna briqadalarında NATO zabitlərinin və ya Qərb muzdlularının olmasından danışıblar. Onların sözlərinə görə, polyak və fransız nitqi dinlənilib.
Son Yazılar:
- Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
- Futbolçularımızdan tələb edirəm ki… – Qurban Qurbanov
Xatırladaq ki, avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin əsgərləri sərhədi keçərək Rusiyanın Kursk vilayəti ərazisinə daxil olmağa cəhd ediblər. Rusiya Müdafiə Nazirliyi 300-ə yaxın Ukrayna əsgərinin Oleşnya və Nikolaevo-Daryino yaşayış məntəqələri yaxınlığında rus qoşunlarının mövqelərinə hücum etdiyini bildirib. Bunun üçün onlar 11 tank və 20-dən çox zirehli döyüş maşınından istifadə ediblər.
(redaktor.az)