ABŞ silah və hərbi texnika alınması üçün İsrailə 3,5 milyard dollar ayırmaq niyyətindədir.
Viral.az xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Dövlət Departamenti amerikalı qanunvericiləri Ağ ev administrasiyasının İsrailə milyardlarla dollarlıq xarici hərbi maliyyə vəsaiti ayırmaq niyyəti barədə xəbərdar edib. Qeyd olunub ki, bu vəsait aprel ayında İsrail üçün ABŞ Konqresi tərəfindən qəbul edilmiş 14,1 milyard dollarlıq əlavə maliyyə layihəsi çərçivəsində ayrılır.
Son Yazılar:
- Ermənistanda ÜDM-in artım tempi azalacaq, işsizlik artacaq
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşımada kəskin ARTIM
- İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür
Bildirilib ki, Tehran və Beyrutda yüksək səviyyəli HƏMAS və Hizbullah liderlərinin öldürülməsindən sonra İsrail İran və Hizbullahın hücumuna hazırlaşır. Maliyyə yardımı da Təl-Əvivə məhz bu məqsədlə veriləcək.