NBA-nın məşhur basketbolçularından olan Lebron Ceyms klub almaq qərarına gəlib.
Viral.az “New York Post”a istinadən xəbər verir ki, 39 yaşlı basketbolçu satışa çıxarılan tanınmış klublardan olan “Boston Seltiks”də pay sahibi olmaq niyyətindədir.
Onun şirkəti “Boston Seltiks”ə 2028-ci ilə qədər investisiya yatırmağı planlaşdırır. L.Ceyms hazırda danışıqlarda iştirak edə bilməz. O, yalnız karyerasını bitirdikdən sonra danışıqlar prosesinə qoşulmaq hüququ qazanacaq.
Son Yazılar:
- “Ana olmaqdan özüm imtina etmişəm, həyatım daha vacib idi” – Aparıcı
- Mənə bir də bu barədə sual verməyin
- Onlar mənim üçün general sayılmırlar
Qeyd edək ki, basketbolçu 2018-ci ildən “Los Anceles Leykers”in formasını geyinir.