Polşa raket alışı ilə bağlı ABŞ ilə müqavilə bağlayıb. Sazişin dəyəri 850 milyon dollardır.
Viral.az xəbər verir ki, bu barədə “DW” nəşri məlumat yayıb.
Polşanın Silahlanma Agentliyi bildirib ki, Varşava ABŞ hökuməti ilə bir neçə yüz “AIM-120C AMRAAM” raketinin tədarükü üzrə müqavilə imzalayıb. Bunlar “hava-hava” tipli raketlərdir. Polşanın sifariş etdiyi raketlərin dəqiq sayı açıqlanmır.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
Tədarük 2029-cu ildən 2033-cü ilə qədər həyata keçiriləcək. Raketlər Polşa ordusunun arsenalında olan təyyarələrə quraşdırılacaq.
Polşa KİV-in məlumatına görə, gələn həftə Varşava və Vaşinqton 96 ədəd “Apache” döyüş helikopterinin alınmasına dair müqavilə imzalayacaqlar. Müqavilənin dəyəri 9 milyard dollardan çox ola bilər.
“Apache”lərin Polşanın sovet dövründən qalma köhnə helikopterləri əvəz edəcəyi gözlənilir.