Seçkiqabağı təşviqat başlayıb, namizədlər kifayət qədər fəaldır.
Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun avqustun 10-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, MSK-nın namizədlərin fəaliyyəti üçün kifayət qədər imkanları var: “Namizədlər KİV vasitəsilə ilə də öz fikirlərini seçicilərə çatdıra bilirlər. 5506 açıq və qapalı yer var. Ərazilərdə və yaşayış yerlərində ən yaxşı məkanlar seçilib”.