Ali məktəblərdə pulsuz yerlərin SAYI 

2024/2025-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin I-V ixtisas qruplarında Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

 

Dövlət İmtahan Mərkəzindən Viral.az-a bildirilib ki, beş ixtisas qrupu üzrə ümumilikdə 58610 plan yeri müəyyən edilib. Bu yerlərdən 27834-nə tələbə qəbulu dövlət sifarişi əsasında aparılır.

Son Yazılar:

 

Qeyd edilib ki,

 

-I ixtisas qrupunda 19990 yerdən (o cümlədən Azərbaycan bölməsi – 13315, rus bölməsi – 785, birgə – 5890) 14407 yerə;

 

II ixtisas qrupunda 14550 yerdən (o cümlədən Azərbaycan bölməsi – 11335, rus bölməsi – 575, birgə – 2640) 4390 yerə;

 

-III ixtisas qrupunda 15459 yerdən (o cümlədən Azərbaycan bölməsi – 11854, rus bölməsi – 1410, birgə – 2195) 4318 yerə;

 

-IV ixtisas qrupunda 4600 yerdən (o cümlədən Azərbaycan bölməsi – 3520, rus bölməsi – 330, birgə – 750) 3135 yerə;

 

-V ixtisas qrupunda 4011 yerdən (o cümlədən Azərbaycan bölməsi üzrə 1226, rus bölməsi üzrə 110, birgə – 2675) 1584 yerə tələbə qəbulu dövlət sifarişi əsasında aparılır.