Bakıda axtarışda olan keçmiş məhkum silahla saxlanıldı

Paytaxt ərazisində evlərdən birinin həyətinə etdiyi hüquqazidd əməldən yayınmaq məqsədi ilə naməlum şəxsin icazəsiz girdiyi barədə polisə məlumat daxil olub.

Viral.az DİN-ə istinadla xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs əvvəllər dəfələrlə məhkum olunmuş 1992-ci il təvəllüdlü Mütəllim Məmmədov müəyyən olunaraq saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd tapança aşkar olunaraq götürülüb.

Davam etdirilən araşdırmalarla M.Məmmədovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olması və müxtəlif vaxtlarda 2 evdən ümumilikdə 11000 manat və məişət əşyaları oğurlaması da müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

Son Yazılar: