Binəqədi rayonu, Biləcəri qəsəbəsində heyvana qarşı qəddarlıq edən şəxs məhkəməyə çıxarılıb.
Viral.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müstəntiq barəsində inzibati qaydada protokol tərtib edilmiş 42 yaşlı X.Muradovun həbsini tələb edib.
Son Yazılar:
- Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri KEÇİRİLDİ
- Suriya ordusu terrorçuların mövqelərinə zərbələr ENDİRİR
- Suriyada üsyançılar Hələbə daxil OLDU
Məhkəmə heyvana rəhmsiz davranan şəxsin cəzalandırılmasını qanuna uyğun hesab edib.
Qərara əsasən X.Muradov 1 aylıq inzibati qaydada həbs edilib.
Qeyd edək ki, X.Muradov ötən gün günorta saatlarında iti baltalayaraq, heyvana işgəncə verib. Hadisə ərtafdakı azyaşlıların gözü qarşısında baş verib. Həmin şəxs qısa müddətə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.