Özbək futbolçu Azərbaycan klubunda

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Klubun mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, komanda son mövsümü Özbəkistan təmsilçisi “Surxon Termiz”də keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı hücumçu “kimyaçılar”da 99 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç və Sərtan Taşkını heyətinə qatıb.

Son Yazılar: