Sertifikasiyanın müsahibə mövzuları

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölmələri üzrə mövzular hazırlanıb.

 

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Viral.az-a bildirilib ki, müəllimlər “miq.edu.az” saytına və ya “portal.edu.az” platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Son Yazılar:

 

Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, şagirdləri qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndiriləcəklər.