“Abzas Media” işi çərçivəsində həbs edilən Nərgiz Absalamova barəsində əlavə ittihamlar verilib.
Viral.az xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümbətova məlumat yayıb.
Belə ki, N.Absalamova 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2-ci maddələrlə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) ittiham olunur.
Son Yazılar:
- “Ana olmaqdan özüm imtina etmişəm, həyatım daha vacib idi” – Aparıcı
- Mənə bir də bu barədə sual verməyin
- Onlar mənim üçün general sayılmırlar
Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də N.Absalamova barəsində həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov da eyni ittiham ilə həbs ediliblər.