Bakı ilə əməkdaşlığın bütün istiqamətləri strateji əhəmiyyət kəsb edir

Azərbaycanın dövlət başçısı İlham Əliyevlə iqtisadi əməkdaşlığın geniş spektrini müzakirə etdik.

Viral.az xəbər verir ki, bunu V.Putin Azərbaycan Prezidenti ilə geniş tərkibdə danışıqların yekunu üzrə jurnalistlərə deyib.

“Qarşılıqlı faydalı ticari əməkdaşlığının qurulmasına böyük diqqət yetirilib. Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır. Hər bir istiqamət bizim üçün strateji əhəmiyyət kəsb edir”, – o vurğulayıb.

Son Yazılar:

V.Putin bildirib ki, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri iqtisadi qarşılıqlı fəaliyyətin əsas məsələlərini daim təmasda saxlayırlar: “Rusiya Azərbaycan bazarının ən böyük investorlarından biridir. Şirkətlərimiz burada özlərini çox rahat hiss edirlər”.