Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
Viral.az–ın komitəyə istinadən verdiyi məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk edərkən əl və baqaj yüklərinə baxış keçirilməsi üçün inzibati binaya dəvət olunub.
Gömrük baxışı zamanı həmin şəxsə məxsus çemodan və bel çantasından gömrük orqanlarına bəyan edilməyən, 2 ədəd “İphone 15 Pro 128 GB” markalı mobil telefon, 3 ədəd planşet, 1 ədəd noutbuk, 4 ədəd “qulaqcıq”, 2 ədəd “Dyson” markalı fen, 350 ədəd müxtəlif növ telefon ekranı, 16 ədəd ətir aşkar edilib.
Son Yazılar:
- 36 yaşlı idmançı gənə dişləməsi nəticəsində dünyasını DƏYİŞDİ
- Məsud Pezeşkian Türkmənistana səfər EDƏCƏK
- Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi böyük minnətdarlıqla qarşılanıb
Faktla bağlı araşdırma aparılır.