Ulu xalqın yolgöstərəni, Oğuz elinin kamil bilicisi Dədəm Qorqud “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya” deyirdi. Bu gəlimli-gedimli dünyada insan ömrünü də şərti olaraq üç mərhələyə bölmək olar: dünən, bu gün və sabah. Dünən ötdü; artıq tarix oldu. Sabah bilinməyən və görülməyən gələcəkdir. Bu gün də bitmək üzrədir. Beləcə, Süleyman Rüstəm demişkən, “yel qanadlı illər ömürdən gedir”. İl ay kimi, ay həftə kimi, həftə gün kimi, gün saat kimi, saat dəqiqə kimi, dəqiqə demək olar ki, saniyə kimi ötüb ömrümüzdən getməkdədir (Bəlkə də bu sadalama sıxıcı və maraqsız gəldi, fəqət reallıq budur). Bu gerçəklik fonunda insanlıq böyük bir fəlakətlə üz-üzədir. Bu fəlakət getdikcə yaxınlaşır: zaman və məkan anlayışı ortadan qalxır, düşünən beyinlər, yaradan əllər aradan çıxır, qanla örtülmüş ürəyi, dəmir mexanizm əvəz edir. Ağıllı beyni hüceyrələr yox, funksiyalar, alqoritmlər, proqramlar əvəz edir. Dünya bunu hiss etməkdən hələki çox uzaqdır. Artıq texnologiya əl əməyindən çox üstün bir səviyyə alaraq tüğyan edir. Bəşəriyyət böyük məğlubiyyət, talehsizliklə üz-üzədir. İnternet həyatın bütün sahələrinə nüfuz edir, ailələri, hakimiyyətləri, dövlətləri dağıdır. Bizlər isə bunun qarşısında aciz və gücsüzük. Əlimizdən gələn ancaq bunun əsri olmaq, olacaqları düşünməmək və nəzərə almamaqdır. Bir zaman qılıncla başlayan müharibəni indi informasiya əvəz edir, bir vaxtlar döyüşərək məğlub edilən dövləti indi internet məğlub edir. İnternet qurucuları pul, maliyyə qazanmaq üçün yaratmış olduğu bu sosiallığı, bizlər sadəcə bir dollar rolunu oynayaraq onlara qazanc veririk.
Bəs niyə bunları göz ardına vururuq, niyə əsl həqiqətlə üzləşmirik. Biz əsir olmuşuq, saatın necə gəlib-getdiyini hiss etmirik. Səhər oyanırıq. Hansına vasitə ilə internete “baş vururuq” və əsl sürpriz; axşam olmaq üzrədir… Bəzən düşünürük, bəs sutka 24 saat deyildi, yoxsa azalıb? Amma dərk etmirik, reallıq deyilən bir şey yoxdur. Sutka yox, bizim ömrümüz azalıb. Biz köləyik, vəziyyətə qaneyik. Necə ki əvvəl bele idi, deyəsən, yenə quldarlığa, ibtidai icmaya qayıdırıq, amma bu dəfə küt beyin, bacarıqsız əllərlə yox, müasir düşüncə və bacara bilən, ancaq yenə bacarıqsız qalan əllərlə. Amerikalı jurnalist Elvin Tofler demişkən: “’21-ci əsrin insanları oxuyub yazmağı bilən yox, həmçinin onu öyrənməyənlər, öyrənməyə cəhd etməyənlərdir…”
Ayxan İbişov, BDU Jurnalistika fakültəsinin tələbəsi
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə