Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb.
Bu barədə Viral.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, su kəmərindəki qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri başa çatıb.
Son Yazılar:
- İkinci hissənin ortalarında komandamızda boşluqlar yarandı
- “Qarabağ” çoxlu təhlükəli vəziyyət yaratdı
- “Milan” futbolçusu ilə müqavilə müddətini ARTIRDI
Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.
Xatırladaq ki, avqustun 12-si gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılırdı. Bununla əlaqədar Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarında suyun verilməsində günlərdir problem yaranmışdı.
Avqustun 19-i isə Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramana qəsəbəsinə suyun verilməsində fasilə yaranmışdı.