Almaniyanın “Ştutqart” klubu İtaliya təmsilçisi “Atalanta”nın forvardı Əl-Bilal Tureni icarəyə götürüb.
Viral.az xəbər verir ki, Mali millisinin hücumçusu mövsümün sonuna qədər “ağ-qırmızılar”da çıxış edəcək.
Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm “Atalanta”nın heyətində 17 matçda 3 qol vurub.