Norveç Kiyevə Ukrayna ərazisində artilleriya mərmilərinin istehsalına kömək etməyə hazırdır.
Viral.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Norveç hökuməti müdafiə texnologiyalarını Ukrayna ilə bölüşməyə və bu istiqamətdə maliyyə baxımından kömək etməyə hazırdır. Beləliklə, (Norveç-Fin silah istehsalçısı) “Nammo” tərəfindən hazırlanmış artilleriya mərmiləri Ukraynada istehsal oluna bilər. “Nammo” Ukraynada 155 mm-lik artilleriya mərmilərinin lisenziyalı istehsalına yardım etmək üçün müqavilə bağlayıb”, – deyə məlumatda bildirilib.
Son Yazılar:
- Yol polisi bu şəxslərə müraciət ETDİ
- Vilayət Eyvazov bu rayonda qəbul KEÇİRİLƏCƏK
- Ronaldo bir daha adını tarixə yazdırdı
Qeyd edək ki, “Nammo” Norveç hökumətindən aldığı 1 milyard kron (indiki məzənnə ilə 94 milyon dollar) dəyərində müqavilə sayəsində artilleriya mərmilərinin istehsalını 10 dəfə artırmaq niyyətindədir.