Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı idmançı, Ukraynanı Paris Yay Olimpiya oyunlarında yunan-roma güləşi üzrə təmsil edən və gümüş medal qazanan Pərviz Nəsibovu orden ilə təltif edib.
Viral.az “Report”a istinadən xəbər verir ki, Pərviz Nəsibov 2-ci dərəcəli “Xidmətə görə” («За заслуги») ordeni ilə təltif olunub.
Qeyd edək ki, həmyerlimiz Ukraynanı bundan əvvəl də Tokio Yay Olimpiya oyunlarında təmsil edərək 2-ci yer tutub.