ABŞ Livanın “Hizbullah” hərəkatı ilə münaqişəsində İsrailin müdafiəsini dəstəkləməyə hazırdır.
Viral.az xəbər verir ki, bu barədə “Yahoo News” portalı Pentaqon nümayəndəsi Patrik Pet Rayderin açıqlamasına istinadən xəbər verir.
“Vəziyyəti diqqətlə izləməyə davam edirik və ABŞ-nin İsrailin müdafiəsini dəstəkləməyə hazır olduğunu çox açıq şəkildə göstəririk”, – açıqlamada deyilir.