Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib.
Azərbaycan Kamandan Oxatma Federasiyasından Viral.az–a verilən məlumata görə, yarışlar 70 (böyüklər), 60 (gənclər) və 30 (yeniyetmələr) metr məsfələr üzrə keçirilib.
70 metr məsafəyə oxatma üzrə qadınlar arasında Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Svetlana Simonovo isə bürünc medal qazanıb. Kişilər arasında Məhəmmədəli Əliyev qızıl medal əldə edib. Roman Veneqorov ikinci, Əhməd Hüseynov isə üçüncü yeri tutub.
Son Yazılar:
- Yol polisi bu şəxslərə müraciət ETDİ
- Vilayət Eyvazov bu rayonda qəbul KEÇİRİLƏCƏK
- Ronaldo bir daha adını tarixə yazdırdı
60 metr məsafəyə oxatma üzrə qadınlar arasında Amina Şərif ən yüksək nəticəni qazanıb. Lalə Almasova ikinci, Zəhra Carçılı isə üçüncü olub. Bu məsafədə kişilər arasında İslam İsmayılov qızıl medal qazanıb. Sərdar Rəhimli gümüş, Nurlan Rəhimli isə bürünc medalla kifayətlənib.
30 metr məsafəyə atışlarda yeniyetmə qızlar arasında Leyla Əfəndiyeva bütün rəqiblərini üstələyib. Sona Rüstəmli ikinci, Fatimə Nəbiyeva isə üçüncü yeri tutub. Yeniyetmə oğlanlar arasında Məhəmməd İsmayılov qızıl medala yiyələnib. Hüseyn Məhərrəmov gümüş, Nicat Nəbiyev isə bürünc medal qazanıb.