Roskaçectsvo populyar dondurmaların tərkibini və normalara uyğun olub-olmadığını yoxlayıb və istehsalçıların siyahısını açıqlayıb.
Qeyd edək ki, siyahıda olan dondurmalar Azərbaycanda da satışdadır.
Viral.az “medicina”ya istinadən xəbər verir ki, 2 markanın dondurmasında bağırsaq çöpləri və fitosterin aşkar olunub.
Son Yazılar:
- Türkiyə və Moldova enerji sahəsində əməkdaşlıq memorandumu imzaladılar
- Mahir Emreli Almaniya klubunda məhsuldar ötürmə VERDİ
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
Bir çoxlarında isə süd yağı əvəzinə bitki, maya və kif göbələyi aşkarlanıb.
Ekspertlər 38 istehsalçının 100-dən çox dondurmasını araşdırıb.
Belə ki, Qazaxıstan markası “Mişka na polyuse” və Ermolino dondurmasında bağırsaq çöpləri aşkarlanıb.
Bu bakteriyalar ərzaq kifayət qədər termiki işlənmədən keçmədikdə qalır.
Bir çox dondurmalarda süd yağı əvəzinə işlədilən bitki yağı isə məhsulu falsifikatlaşdırır.
“Lya, Fa, Mi”, “Kak ranşe”, “Filevskoe” dondurmalarında fitosterin aşkarlanıb.
Onlar hansı dondurmaların sağlamlığa təhlükəli olmadığını açıqlayıblar.
“Vkuslandiya”, Leninqradskoe brendində yağ turşusuları və triqliseridlər çox idi.
Ümumiyyətlə, hazırda bütün dondurmalarda faksifikat payı tarixi minimuma çatıb, əvvəlki illərdə daha yüksək idi.
“Jemçujina Rossii”, “Vibor semyi”, “Leninqrad”, “Beloe zoloto” markalarında maya və kif göbələyi olub.
“Ermolino” və”48 kopeek” dondurması markirovka standartına cavab vermir.
Heç bir ciddi pozuntu və təhlükə tapılmayan dondurmalar:
“Zolotoy standart”
“Monarx”
“Çistaya liniya”
Monterra
“Jemçujina Rossii”
“Maşa –Medved”
Mars
Alpen Gold
Milka
Oreo
Nestle
Snikers
Bounty
Maxidio
Step
Ekzo