Gələcəkdə bizi nələr gözlədiyini bir Allah bilir

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasını başa vurduqdan sonra özünü məşqçi kimi görmədiyini etiraf edib.

Viral.az xəbər verir ki, onun sözlərini “A Bola” sitat gətirir.

“Hazırda gələcəkdə heç bir komandaya rəhbərlik etmək barədə düşünmürəm. Mən özümü futbolla bağlı olmayan başqa proseslərdə görürəm, amma gələcəkdə bizi nələr gözlədiyini bir Allah bilir”, – forvard bildirib.

Son Yazılar:

(redaktor.az)