Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024-2025-ci tədris ili üçün qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayı 10 min nəfərə çatıb. Qəbul olunan şagirdlərin qeydiyyatının müddəti avqustun 31-dək uzadılıb.
Bu barədə Viral.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Simfonik orkestr alətləri, eləcə də bir sıra milli musiqi alətləri üzrə ifaçılara yüksək tələbat nəzərə alınaraq həmin ixtisaslara marağın artırılması məqsədilə qəbul imtahanlarında 50 və daha yuxarı bal toplayan şagirdlər ödənişsiz əsaslarla (violonçel, kontrabas, arfa, fleyta, qoboy, klarnet, faqot, saksofon, truba, trombon, valtorna, zərb alətləri, balaban, qanun, saz) ixtisasları üzrə əlavə yerləşdirmədə iştirak edə bilərlər.
Son Yazılar:
- Ukraynada daha iki azərbaycanlı həlak oldu
- Bərdədə ər bazarda işləyən arvadını BIÇAQLADI
- Həsən Nəsrullahın dəfn tarixi AÇIQLANDI
Qeyd edək ki, bu ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak etmək istəyən şagirdlər my.culture.az şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçə biləcəklər.