Meksikada bu gün prezident seçəcəkləri ilə yanaşı ikipalatalı parlamentin seçkiləri də keçiriləcək.
Viral.az xəbər verir ki, bu barədə Milli Seçki İnstitutu məlumat yayıb.
Son Yazılar:
- Suraxanıda gecələr gedən tikinti ilə bağlı – Rəsmi açıqlama
- Zakir Həsənov sərhəddəki təxribatlarla bağlı tapşırıqlar VERDİ
- Xalq artistinə ağır itki üz VERDİ
Həmçinin Mexiko şəhərinin meri və 8 qubernator vəzifəsinə namizədlərə də səsvermə olacaq.
Seçici siyahılarında 98 milyon 300 mindən çox insan var ki, onların da 51,9 faizini qadınlar təşkil edir. Seçki komissiyası 170 mindən çox seçki məntəqəsinin açılacağını deyib.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan (Bakı vaxtı ilə 17:00) 18:00-a qədər açıq olacaq.
Milli Seçki İnstitutu bildirib ki, seçkilərin nəticələri iyunun 3-də Bakı vaxtı ilə saat 09:30-a qədər açıqlanacaq.