Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.
Viral.az xəbər verir ki, bu, “Zirə”nin ötən gün Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Kiprin “Omoniya” kollektivini məğlub etməsi (1:0) sayəsində mümkün olub.
Səfərdə rəqibinə altı cavabsız qolla uduzan “qartallar” ölkə reytinqinə 0,250 əmsal qazandırıb. 26-cı sırada yer alan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir.
Son Yazılar:
- “Veteranlar haqqında” qanunda əsaslı dəyişikliklərin aparılması təklifi ilə çıxış etmişik
- Sənədsiz evlərə “kupça” almaq asanlaşır?
- İsrail səfirliyi yaxınlığında partlayış törədildi
Çempionlar Liqasında “Dinamo”ya uduzan (0:2) “Qarabağ” bu həftə reytinqə töhfə verə bilməyib.
25-ci pillədəki Kiprin 19,725, 27-ci yerdəki Bolqarıstanın 18,875 əmsalı var.
55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.