“Qarabağ”ın Avropa Liqasındakı rəqibinin bazar dəyəri DODAQ UÇUQLATDI

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində İngiltərə Premyer Liqasının güclü klublarından biri olan “Tottenham Hotspur” ilə qarşılaşacaq. 

Viral.az-ın məlumatına görə, “Tottenham” hazırda Avropa futbolunun ən yüksək dəyərli komandalarından biridir. Komandanın ümumi bazar dəyəri təxminən 770,5 milyon avro olaraq qiymətləndirilir.

Tottenham-in heyəti 26 futbolçudan ibarətdir, ortalama yaş isə 25-dir. Komandanın ən bahalı futbolçularından biri James Maddisondur ki, onun bazar dəyəri təxminən 70 milyon avrodur. Bundan əlavə, Cristian Romero və Dejan Kulusevski kimi oyunçuların da bazar dəyərləri yüksəkdir.

Son Yazılar:

Bu qarşılaşma Qarabağ üçün böyük bir sınaq olacaq, çünki “Tottenham” Avropa futbolunda ciddi rəqiblərdən biri kimi tanınır və zəngin oyunçu heyətinə sahibdir//news24.az