Dövlət Gömrük Komitəsinin sədri seçici hüququndan istifadə ETDİ

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Viral.az xəbər verir ki, o, 35 saylı Xətai üçüncü seçki dairəsinin 27 saylı orta məktəbdə yerləşən 2 saylı məntəqəsində səs verib.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Son Yazılar:

Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.