Slovakiya ilə əlaqələr dinamik inkişaf yolundadır

Bu gün Azərbaycan ilə Slovakiya arasında əlaqələr dinamik inkişaf yolundadır.

Viral.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqriniyə bu ölkənin milli bayramı – Konstitusiya Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Enerji sahəsində səmərəli birgə fəaliyyətin digər sahələr və istiqamətlər üzrə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edən Azərbaycan Prezidenti bildirib: “İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Slovakiya dostluq əlaqələrinin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”.

Son Yazılar: