Parlament seçkiləri demokratik qaydalara uyğun davam edir

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri demokratik qaydalara uyğun davam edir.

Viral.az xəbər verir ki, bunu “Report”a açıqlamasında 7 saylı Seçki Dairəsinin 10 saylı seçki məntəqəsində müşahidəçi olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

O bildirib ki, seçkilərin şəffaflığı üçün bütün lazımi şərait təmin edilib: “Zaldakı müşahidə kameralar obyektivliyi təmin edir. Hər şey yaxşıdır. Mən müşahidəçi kimi gördüklərimi deməliyəm və gördüklərim məndə çox yaxşı təəssürat yaradır”.

Son Yazılar:

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.