Salah Anrinin geridə qoydu

“Liverpul” klubunun futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında Tyerri Anrinin nailiyyətini geridə qoyub.

Viral.az xəbər verir ki, misirli hücumçu buna III turda “Mançester Yunayted”ə səfərdə 3:0 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Forvard bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun Premyer Liqada bir matçda fərqləndiyi və assist etdiyi 33 oyunu var. “Arsenal”ın keçmiş futbolçusu Anridə bu rəqəm 32-yə bərabərdir.

Son Yazılar:

Mütləq rekord “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runiyə (36 qarşılaşma) məxsusdur.