Ermənistan sülhün bərqərar olmasında maraqlıdırsa, addımlarına diqqət etməlidir

Ermənistanın silahlandırılması bölgədə sülh və təhlükəsizliyə təhdiddir.

Viral.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib.

“Ermənistana vədlərin verilməsi bölgə üçün ciddi təhdid mənbəyi olaraq qalır. Ermənistan sülhün bərqərar olmasında maraqlıdırsa, atdığı addımlara diqqət etməlidir. Biz bu addımlarda düzəliş gözləyirik”.

Son Yazılar: