Türkiyədə MOSSAD-ın maliyyə şəbəkəsini idarə edən şəxs HƏBS EDİLDİ

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) MOSSAD-a qarşı əməliyyat keçirib.

Viral.az yerli mediaya istinadla xəbər verir ki, Türkiyədə MOSSAD-ın maliyyə şəbəkəsini idarə etdiyi iddia edilən kosovalı Liridon Rexhepi həbs edilib.

Saxlanılan şəxs Türkiyədə İsrailin Kəşfiyyat Xidmətinin göstərişi ilə dron çəkilişi edən, fələstinli siyasətçilərə qarşı psixoloji əməliyyatlar həyata keçirən və Suriya sahəsində məlumatlar toplayan şəxslərə pul köçürürmüş.

Son Yazılar: