Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə VERDİ

Azərbaycan hökuməti bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasında (COP29) iştirak etmək üçün akkreditasiyadan keçmiş nümayəndələrə pulsuz viza almaq imkanı yaradıb.

Viral.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyindən bildirilib.

Məlumata görə, sənədi rəsmi viza portalı, eləcə də Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək olar.

Son Yazılar:

“COP29 vizası sənədi rəsmi elektron viza portalı vasitəsilə almaq üçün onlayn müraciət edildikdən və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarına ərizə verildikdən sonra üç iş günü ərzində verilir”, – məlumatda qeyd olunub.