Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ OLDU

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 maqnitudalı zəlzələ baş verib.

Viral.az xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 200 km dərinlikdə yerləşib.

Son Yazılar:

Zəlzələnin episentri rayonun inzibati mərkəzi Xoroq şəhərindən təxminən 40 km aralıda dağlıq ərazidə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.