Biz Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması naminə Bəşər Əsədlə görüş keçirmək istədiyimizi bildirdik. İndi qarşı tərəfdən müvafiq cavab gözləyirik. Müsəlman ölkələri arasında həmrəylik və birliyin yaranmasını istəyirik. Ümid edirəm ki, belə bir görüş sayəsində bu baş verəcək.
Viral.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə bu görüşə hazırdır.