Azərbaycan akrobatları dünya çempionu OLDU

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıblar.

Viral.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Gimnastika Federasiyasından verilib.

Bildirilib ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü qarışıq hərəkətlərin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Son Yazılar:

Qeyd edək ki, daha əvvəl akrobatika yığmamız komanda hesabında gümüş mükafata layiq görülüb. Dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.