Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında fərdi yarışı 8 medalla birinci pillədə başa vurublar.
Viral.az-ın məlumatına görə, bu gün tatamiyə çıxan idmançılardan Aslan Kotsoyev gümüş, Tuncay Şamil (hər ikisi 90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc mükafata sahib çıxıblar.
Beləliklə, komanda medal sıralamasında ilk sırada qərarlaşıb.
Son Yazılar:
- Saçınızı düyü suyu ilə yuyun
- Armudun bitməyən FAYDALARI
- Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini ilə GÖRÜŞDÜ
Qeyd edək ki, daha əvvəl Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb. Sentyabrın 8-də komanda yarışı olacaq.