Ermənistanın “Armavir” cəzaçəkmə müəssisəsində bir qrup məhbus aclıq aksiyası keçirir.
Viral.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlardan birinin vəziyyəti ağırdır.
Məlumata görə, cəzaçəkmə müəssisəsində 2 məhbus və 2 məhkum aclıq aksiyası keçirir.
Son Yazılar:
- COP29 Paris Sazişinin iki maddəsini qəbul ETDİ
- Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir
- İstanbul boğazında gəmilərin hərəkəti DAYANDIRILDI
Bildirilib ki, etiraza səbəb onlara qarşı qaldırılan cinayət təqibi ilə razılaşmamalarıdır.
Bundan əlavə, məhkumlardan biri onu özəl tibb mərkəzinə köçürməkdən imtina edildiyinə görə aclıq elan edib, digəri isə cəzaçəkmə rejiminin yumşaldılmasını tələb edir.