Füzulidə ağır qəza: Ölən var

Füzulidə yol qəzası baş verib.

Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota” markalı avtomobil qarşıdan gələn “VAZ” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, Füzuli rayon sakini 1981-ci il təvəllüdlü Elgün Bəylərov hadisə yerində həyatını itirib.

Son Yazılar:

“Toyota”nın sürücüsü, Qayıdış-4 qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şükürov Nicat Qafar oğlu və sərnişin Füzuli rayon Qayıdış-5 qəsəbə sakini, 1981-ci il təvəllüdlü İsmayılov Səlim Mərdan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.