Ukrayna Gürcüstandakı diplomatını geri ÇAĞIRDI

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişin geri çağırılıb.

Redaktor.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa öz feysbuk hesabında paylaşıb.

O bu barədə Ukrayna səfirləri və baş konsulları ilə görüşdən sonra paylaşım edib.

Son Yazılar:

Yeni nazir Xarişinin hazırda döyüşən dövlətin diplomatiyasının reallıqlarını tam olaraq anlamadığını qeyd edib.

Sibiqa, eyni zamanda XİN rəhbərinin müavini İrina Borovetsin istefasının nəzərdən keçirilməsini təklif edib.

Xatırladaq ki, sentyabrın 5-də Ukrayna Ali Radası Andrey Sibiqanı ölkənin yeni XİN rəhbəri təyin edib. O bu vəzifədə Dmitri Kulebanı əvəz edib