“Tülkü hinə girib, boz dana bunu edib…”

“Elə media subyektləri var, sanki bəd, mənfi yüklü xəbərlər istehsal edib tirajlamaq sahəsində “ixtisaslaşıblar”. Neqativ yaymaqdan zövq alan belələri ən adi məişət hadisəsini, ən xırda münaqişəni elə hay-həşirlə təqdim edirlər, elə bil, dünyanın sonudur”.

Viral.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bəzi hay-küyçü saytlar barəsində səsləndirib.

O qeyd edib ki, “hay-küyçülük” tendensiyanın vüsət almasında Türkiyənin bir sıra televiziya kanallarının da mənfi təsiri var.

Son Yazılar:

“Sanballı telekanallarda bəzən elə hadisələri “mühüm” xəbərə çevirib böyük həyəcanla təqdim edirlər, adamı heyrət bürüyür: sən demə, tülkü hinə giribmiş, boz dana bağ-bostanı viran qoyubmuş, nə bilim daha nələr…

Ən pisi isə odur ki, belə xoşagəlməz nümunələr bizim ciddi saydığımız bəzi media orqanlarının da fəaliyyətinə sirayət edir”, – deyə Rəşad Məcid Kütləvi İnformasiya Vasitələri adına iddialı media subyektlərinə irad tutub.